Cənubi Koreyada yayımlanan "Perfect family" (Mükəmməl ailə) adlı məşhur serialda Azərbaycanla bağlı detal sosial şəbəkələrdə maraqla qarşılanıb.
Milli.Az Globalinfo.az-a istinadla xəbər verir ki, serialda baş rollardan biri dünyadan görmək istədiyi yerlər arasında Heydər Əliyev Mərkəzinin də olduğunu deyib.
O, yaşlanmadan öncə bir çox yeri görmək istədiyini, onlardan birinin Azərbaycanda yerləşən Heydər Əliyev Mərkəzi olduğunu bildirib.
Sözügedən kadrlar sosial şəbəkələrin Azərbaycan seqmentində maraqla qarşılanıb.
Qeyd edək ki, serial Cənubi Koreyada 14 avqust - 19 sentyabr 2024-cü il tarixlərində yayımlanıb və yüksək reytinq qazanıb.
Görüntüləri təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun