“Zümrüdlə görüşməyə vaxtım yoxdur”

“Zümrüdlə görüşməyə vaxtım yoxdur”

“Bankda kreditim yoxdur. Əvvəllər avtomobilimin krediti olub. Amma sonradan kreditimi bağladım. Yəni kreditə ehtiyac olmadı. Avtomobilimi dəyişdim”.

OLAY yazır ki, bu sözləri müğənni Günay İbrahimli qonaq olduğu “İncə səhər” verilişində deyib.

Sənətçi  bir müddət əvvəl qəza keçirtdiyini açıqlayıb:

“Bu yaxınlarda isə avtomobilimlə qəza törətmişəm. Amma ciddi bir şey baş verməyib. Salamatçılıqdır”.

İbrahimli bildirib ki, qeybət edən insanları yaxınına buraxmır:

“Rəfiqələrimi artıq tez-tez dəyişmirəm çünki insanları yaxınıma buraxmıram. Əlimin duzu yoxdur. İndi o qədər sakit və huzurlu həyatım var. İşimdən çıxıb evimə gedirəm. Ailəmlə vaxtı keçirirəm. O qədər yoruluram ki,… Yaxın dostlarım var amma onlar şou-biznesdən deyillər. Bu o demək deyil ki, mən bu camiyədən insanları bəyənmirəm. Daha dünya görmüş və mövzusu başqa olan insanlarla ünsiyyət qururam. Qeybət edən şəxslərdən uzağam. Artıq beynim artıq informasiyanı götürmür”.

Günay bir zamanlar yaxın rəfiqə olduğu aparıcı Zümrüd Bədəlova ilə münasibətlərindən də danışıb:

“Zümrüdlə yenə də yaxındır münasibətim. Sadəcə vaxtım yoxdur, işim çoxdur. Butik-atelye açandan sonra işlərim daha da çoxalıb. Küsülü olduğum insan yoxdur. Bütün günüm butik-atelyemdə keçir. Konsertlərə, məclislərə orada hazırlaşıram. Elə bilirəm ki, ora ikinci evimdir. Gündüz orada axşam isə evdə oluram”.