"Evlərindəki kişi bunlara deməlidir ki..." - FOTO

"Evlərindəki kişi bunlara deməlidir ki..." - FOTO

"Biz də məclislərə gedirik. Niyə bizdən həmin mahnıları tələb etmirlər? Məndən xahiş edən olsa, çıxıb məclisdən gedərəm. Sənətimə, musiqiyə özümə hörmət edən oğlanam. Bir ucuz mahnıya görə ölkəni zəbt etmək olmaz".

  • "Space"də "yarpaq tökümü" - Nazilə də GETDİ
  • Beren Saat paltarsız səhnələrə çəkilməyə razı oldu - 7 saniyəyə 747 000 manat qazanacaq 
  • Vəfanın instaqramı oğurlandı - Qeyri-etik paylaşımlar edilir - FOTO 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Elgizlə izlə" verilişində deyib. Sənətçi bir neçə gündür gündəmdən düşməyən Şəbnəm Tovuzlu və Vəfa Şərifova qalmaqalından danışıb. O bildirib ki, ifaçıların oxuduğu mahnı Azərbaycan musiqisi üçün utancvericidir: 

"Hər ikisi ailəlidir, evində kişi var. Deməlidir ki, bəsdirin, qurtarın. 31 ildir evliyəm, Nadir Qafarzadənin həyat yoldaşını və ya gəlinini TikTok-da görmüsünüz? Yox, görməyəcəksiniz də. Azadlıq deyib hər şeyi abartdıq. Qurumlar buna baxmalıdır. Yataq otağını qoyduq ortaya".

Qeyd edək ki, Şəbnəm və Vəfa "Cənnətimsən" mahnısı üstündə mübahisə edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun