Müğənni Rahidə Baxışova yenidən ailə qurmasından söz açıb.
Milli.Az olay-a istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində danışıb.
Rahidə ailə qurmaq məsələsini qismətlə əlaqələndirib:
"Qismət deyilən bir şey var. Bu qismətdir. Zaman keçdikcə anlayıram ki, həqiqətən də özümü yalnız, tək hiss edirəm. Çünki tək xanımam, evin bütün işlərini görmək, uşaqlara baxmaq... Demirəm ki, bu dəqiqə ailə qurmaq istəyirəm. Amma olub ki, arada yenidən ailə qurmaq haqda düşünmüşəm sonra isə demişəm yox. Çünki içimdə qorxularım var. Birdən yenə mən istəyən kimi olmaz. Yenə də qorxuram".
Qeyd edək ki, Rahidə Baxışova iki dəfə ailəli olub, boşanıb. Onun birinci evliliyindən bir oğlan, ikinci evliliyindən isə Zahra adında bir qız övladı var. Müğənninin övladları arasında 12 yaş fərqi var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun