Meyxanaçı Namiq Qaraçuxurlunun anası Qənirə xanım vəfat edib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, hazırda ifaçının anasının yas mərasimi keçirilir.
Bu barədə "İncə səhər" verilişində görüntülər nümayiş olunub.
Namiq anasının vəfat etdiyini Rusiyada toyda olarkən öyrənib.
Xatırladaq ki, meyxanaçının anası İranın Ərdəbil şəhərində əməliyyat olunub. O, uzun müddətdir qida borusundakı xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun