Məşhur müğənni adını dəyişir - FOTOlar

Məşhur müğənni adını dəyişir - FOTOlar

Rusiyada "Qluk'oZa" təxəllüsü ilə tanınan müğənni Natalya Çistyakova-İonova bir sıra qalmaqallı hadisələrdən sonra karyerasında köklü dəyişikliklər etməyə qərar verib. Krasnoyarskda keçirilən konsertdə səhnədə qeyri-adekvat davranışı ilə ictimaiyyətin kəskin reaksiyasına və keçmiş prodüseri Maksim Fadeyevin tənqidinə səbəb olan "Qluk'oZa" təxəllüsünü dəyişib.

Milli.Az bildirir ki, oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Mash" "Telegram" kanalı xəbər verib.

Bildirilir ki, o, yaradıcı təxəllüsünü "Glukoza"ya çevirib, loqosunu isə "G" hərfinə dəyişib. Bundan başqa müğənni "Veter muzıka" adlı yeni layihəsini elan edib.

Lakin imicini yeniləmək cəhdlərinə baxmayaraq, müğənni görünür ki, keçmişindən tam imtina etməyə hazır deyil.

Mənbələrin məlumatına görə, qapalı korporativ tədbirlərdə "Qluk'oZa" hələ də Maksim Fadeyevin hüquqlarını mübahisələndirdiyi köhnə hitlərini ifa edəcəyini vəd edir. Bundan əlavə, müğənni qonorarını iki dəfə - 2.5 milyon rubla (45.7 min manata) qədər azaldıb, lakin rayderində "Hennessy XO" konyakı və biznes-sinif uçuşları daxil olmaqla lüks şərtləri saxlayıb.

Qeyd edək ki, bir neçə ay öncə "Qluk'oZa"nın Krasnoyarskda konserti zamanı tamaşaçıları narazı salan hallar yaşanıb. Belə ki, o, çıxışı zamanı notlara düşməyib və özünün intim yerlərinə toxunub. Bununla bağlı sosial şəbəkələrdə kadrlar da yayılıb.

Bundan başqa o, məktəblərdə uşaqlar üçün siqaret çəkmək otaqlarının açılması lazım olduğu bəyan edib, klipində, demək olar ki, çılpaq çəkilib və narkotiklərdən bəhs edib. Bu onunla prodüseri Maksim Fadeyev arasında mübahisəyə səbəb olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun