Əməkdar artist Elza Seyidcahan yenidən məhkəməlik olub.
OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb.
O bildirib ki, bir il öncə anasının, bacısının, qızının və rəfiqəsinin qızıllarını lombarda qoyaraq 100 minə yaxın pul götürüb.
Lombardakı Xəyal Abdullayev adlı şəxslə problem yaşanıb. Elza deyib ki, borclarını ödəyiblər. Hazırda onların işinə Yasamal Rayon Məhkəməsində baxılır.