Əməkdar artist Dilarə Əliyevanın qızları Aytən və Banu anaları ilə bağlı açıqlamalar veriblər.
OLAY yazır ki, sənətçinin övladları “İncə səhər”ə danışaraq analarına 26 oktyabrda baş tutması planlaşdırılarn stend-ap şousu üçün uğur diləyiblər.
Bundan əlavə onlar, mərhum ataları Oqtay Əliyevdən də söz açıblar. Banu əvvəlcə aktrisalıq sənətini seçməsindən danışıb:
“Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğuna qəbul olunmuşam. Uşaqlıqdan diqqətin məndə olmağını sevmişəm. Bundan da əlavə ailəmin də təsiri olub. Çünki ana, ata, əmi, dayı, nənə-baba... Hamı bu sahədədi deyə maraq yaranırdı. Düşündüm ki, niyə də yox? Mən çıxan kimi bacım, Dilarə və dayımı gördüm. Bacım heç emosional deyil, amma ilk kövrələn o oldu. Mən heç kövrəlməmişdim, gördüm ki, bacımın gözü dolub. Dilarə də çox kövrəlmişdi. Onun sənətini davam etdirirəm, hazırlıqlarımı onun yanında eidirdim, ondan həvəslənib bu yolu seçmişdim deyə, ən böyük təbriki ondan gözləyirdim. İstədiyimdən də böyük təbrik aldım. Oqtayın da bu günü görməyini istəyərdim. Ondan da öyrənəcəyim çox şey var idi. Təcrübəsi, bilikləri və sairə kömək olardı. Təəssüf ki, olmadı. Onsuz da bilirəm ki, məni izləyir, arxamdadır və hər şeydən xəbəri var. Biz həmişə hər bazar günü kinoteatra gedirdik. Kinoya tənqidçi kimi baxıb deyirdi ki, bu aktyor pis oynadı, rjeissor mükəmməldir. Bu baxımdan yanımda olub kömək göstərməyi yaxşı olardı. Onsuz da boşluğu dolmayacaq. Oqtaya demək istəyərdim ki, universitetə qəbul olundum. Onsuz da o, görür, amma fiziki baxımdan danışmaq istəyərdim. Otağımda şəkli var, orada ona demişəm, xəbəri var.
Əlbəttə Dilarədə həyəcan olduğu üçün biz də həyəcanlıyıq. İlk dəfə bu tipdə konsert olacaq. Oqtayın yerini heç vaxt doldura bilmyəcəyik. Amma bil ki, görməsək də, hiss etməsək də, bizim arxamızda olduğu kimi sənin də arxandadır. O həmişə bizimlədir. Biz səninlə fəxr edirik, fəxr edəcəyik də. Hər bir uğurunda, layihəndə biz sənə inanırıq. Sən bacarıqlı birisən. İnanıram ki, bütün əziyyətin, həyəcanın böyük partlayışla nəticələnəcək”.
Aytən isə anasına bu sözlərlə dəstək olub:
“Həyəcanlıdır. Azərbaycanda ilk dəfə qadın stend-ap edəcək. Kaş ailə nümayəndələrimiz olaraq bütov olardıq. Qismət. İsnan bilmir həyatda nə baş verəcək. Yenə də biz ona tam dəstəyik. Mən sənə güvənirəm, inanıram, hər şey yaxçı olacaq. Biz onun uğurları ilə sevinirik, fəxr edirik. Daim onun uğurunu, gözəl işlərini görmək istəyirik. Görürük”.