“Kişi də diz çöküb hamilə qadınının qarnından öpər?”

“Kişi də diz çöküb hamilə qadınının qarnından öpər?”

“Mənə indi də çətindir. Heç zaman mənim üçün heçnə asan olmayıb. Doğulandan çətin olub mənim üçün. 1982-ci ildə 11 yaşımda atamı itirdim. Evimizin sütununu itirdik. O yeganə insan idi ki, evə çörək gətirirdi. Son zamanlar kişiləri cılız təqdim edirlər. Sanki onların kişiliyinə əllərindən almaq istəyirlər. Amma kişi ömür boyu kişi kimi də qalır. Söhbət əsl kişidən gedir. Əgər bir evdə kişi varsa demək o evdir. Hər qadına arzu edirəm ki, evində kişi olsun. Ola bilər ki, həmin kişi kasıb olsun. Amma o əsl kişidir və onun adı kişidir”. 

OLAY yazır ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “Rəngarəng” verilişində deyib.

Efirdə “kişilik” mövzusunu toxunan sənətçi fikirlərini bu sözlərlə ifadə edib:

“İnsan var bioloji kişidir. Yəni cinsi olaraq kişi dünyaya gəlir. İnsanda var ki, həm bioloji doğulub həmdə həyatda kişiliyi xasiyyət olaraq göstərir. Qadınlar deyirlər ki, gedim tez boşanım. Boşanıb nə edəcəksən? Bir dənə kişini sən yola vermirsən. Kişilərinizin qədrini bilin. Kişilərə kişi kimi qiymət verin. Onlara qiymət və dəyər çox azalıb. Bəziləri kişiləri küsdürüb, sındırıblar. Amma belə olmaz”.

Nadir kişilərin hamilə xanımlarının qarşısında diz çökərək qarınlarından öpməsi hərəkətini sərt şəkildə tənqid edib:

“Birdə görürsən ki, kişi öz hamilə xanımının yanında diz çöküb və onu qarnından öpür. Rəzil oldunuz, bəstirin! Bax bu məsələlərə görə kişilərin qiyməti yoxdur. Dəyər düşüb… Kişi də diz çöküb o qarını öpər? Bildik də sənlikdir, başa düşdük. Abır gözəl şeydir amma olan üçün. Ona görə də bəzi kişilərin hərəkətləri onları çəkidən salıb plintus səviyyəsinə. Evdə qadın hökmranlıq edir. Edir əcəb edir, öpürəm o arvadı. Halaldır ona. Özünüzə hörmət edin. Xanımların sosial şəbəkədə olmalarını anlayıram amma kişilərin deyil. Sizə axı nə olub bütün günü sosial şəbəkələrdəsiniz?”