"Yalı Çapkını"nda gözlənilməz ayrılıq - FOTO

"Yalı Çapkını"nda gözlənilməz ayrılıq - FOTO

Reytinqli "Yalı Çapkını" serialında gözlənilməz ayrılıq yaşanıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, aktrisa Öznur Serçeler layihəni tərk edib.

O artıq 3 mövsümdür ki, serialda Asuman obrazını canlandırırdı.

Bundan sonra Öznur yeni ekran işində çəkiləcək. Aktrisa "Holding" adlı serialda Ceyda roluna həyat verəcək.

Xatırladaq ki, əsas rollarda gənc aktyorlar Mert Ramazan Demir (Ferit) və Afra Saraçoğlu (Seyran) çəkilirlər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun