"4 dəfə burun əməliyyatı etdirmişəm" - VİDEO

"4 dəfə burun əməliyyatı etdirmişəm" - VİDEO

Əməkdar artist Könül Kərimova plastik əməliyyat etdirməsi iddialarına cavab verib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni heç bir plastik əməliyyat etdirmədiyini söyləyib. "Həmin Zaur" verilişində bununla bağlı sualları ünvanlayan Kərimova bədənində və üzündə plastik müdaxilə edilmədiyini vurğulayıb:

"Bircə burun əməliyyatı etdirmişəm. Dörd dəfə burnumda əməliyyat aparılıb. Kefimdən yox, problem var idi ona görə. Qətiyyən bədənşəkilləndirmə olmayıb".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun