"Sosial şəbəkələrdə lazımsız çəpgözlər burnunu soxur mənim sözümə, söhbətimə".
Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri müğənni Təranə Qumral qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.
Sənətçi ad çəkmədən bir neçə gün əvvəl düşmən kəsildiyi həmkarı Nazənin Salayevanın "52 minlik geyim geyinir, amma sürdüyü maşının qiyməti 15 mindir" sözlərinə sərt şəkildə cavab verib:
"Həmin şəxs paltarlarıma baxıb geyinməyi öyrənir. Geyinmək istəyir. Ayaqqabımı geyinmək istəsə də, yeriyişimi təkrarlaya bilməz. Get, özünə güzgüdə bax, gör nəyə oxşayırsan. Sən gözəlliyimə fikir ver. Gözəlliyimi qoyub geyimlərimdən, 52 minlik saatımdan danışmaq sənə düşməz. Əsas odur ki, geyimim ilə gözəl görsənirəm. Saatım lap bijuteriyadır, özümə, gözəlliyimə fikir verirəm. Ağzımı, gözümü dartdırıb yuxarı başa qoymuram. Get, çəp gözünlə yaxşı bax mənə. Gözlərin zəif görür".
Qeyd edək ki, Nazənin Salayeva ilə Təranə Qumral arasında qalmaqal 9 il bundan əvvəl keçmiş "ANS" telekanalının "Bazar səhəri" verilişində yaranmışdı. Müğənni Təranə Qumral həmkarı haqqında "Nazənin 7 dəfə ərdə olub" deməsinin ardınca qarşı tərəf "Təranəni ərimlə tutmuşam" kimi şok açıqlamalar vermişdi. Bundan sonra müğənni Nazənin özü və əri haqqında səslənən təhqir və ittihamlara görə qarşı tərəfi məhkəməyə vermişdi.
Məhkəmə Təranə Qumralın həmkarı haqqında dediyi sözlərin böhtan və yalan olduğunu sübuta yetirərək, onun şərəf və ləyaqətini alçaltdığına görə 10 min manat təzminat cəzası və efirdə qarşı tərəfdən üzr istəməsi barədə qərar qəbul etmişdi. Bundan narazı qalan Təranə Qumral Apellyasiya Məhkəməsinə şikayət etmiş, məhkəmə təzminat cəzasını 3 min manata endirmişdi. Bundan da narazı qalan müğənni Ali Məhkəməyə şikayət ərizəsi vermişdi. Müğənnilər uzun illərdir ki, düşmən mövqeyindədirlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun