Azərbaycanı ard-arda 2020 və 2021-ci illərdə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndi Avropada konsert proqramları ilə çıxış edəcək.
OLAY yazır ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
Əfendi Avroviziya tarixində keçiriləcək ən böyük konsert proqramında çıxış edəcək.
Belə ki, “Eurovision Tour” (Avroviziya Turu) adlanacaq konsert turu Madrid, Stokholm, Paris, London, Varşava, Brisbane, Melbrun, Sidney və Amsterdam şəhərlərində keçiriləcək.
Samirə bunun üçün artıq qızğın məşqlərə başladığını vurğulayıb.