“20 il sonra bizi necə xatırlayacaqsan?”

“20 il sonra bizi necə xatırlayacaqsan?”

Müğənni Sevda Yahyayevanın həkim həyat yoldaşı Zakir Bayramov kiçik qızları Aida ilə bağlı paylaşım edib.

OLAY yazır ki, o, övladı ilə fotosunu paylaşaraq bunları yazıb:

“20 il sonra bizi necə xatırlayacaqsan? Ananın yuxusuz və təlaşlı gecələrini, atanın səhərə qədər davam edən narahatlıqlarını… Bəs, diş çıxardığın günlərdə bizi həyəcanda saxlamağını? Təbii ki, bunları bilməyəcəksən. Bilməli olduğun isə səni sevdiyimiz olsun. Sevginin tam yarısı sənindir, Aidam”.