Ötən gün şəxsi həyatını mediadan uzaq tutan Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı “HammAli & Navai” rep – pop qrupunun 32 yaşlı solisti Aleksandr Qromovun (Sadiq Əliyev) Soçidə toyu olub.
OLAY yazır ki, qonaqlardan əvvəlcədən yeni evlənənlərin fotolarını və videolarını sosial şəbəkələrdə yayımlanmamaq xahiş olunub.
Bu səbəbdən Aleksandrın seçdiyi şəxsin kimliyi çoxları üçün sirr olaraq qalıb.
“Super” nəşru qusiqiçinin həyat yoldaşının Emiliya Əlizadə olduğu güman edilir, onun 23 yaşı var. Qız da əri kimi azərbaycanlıdır, lakin Moskvada yaşayır.
2019-cu ildə V.İ. Razumovski adına Saratov Dövlət Tibb Universitetinə (Rusiya) daxil olub. Görünür, Emiliya ictimaiyyət qarşısında tanınmaq istəmir. Onun hətta “Instagram” hesabı belə bağlıdır.