"Pişik" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova yenidən bıçaq altına uzanacaq.
- "Mən və Gülüstan Əliyeva anadangəlmə bu bədən quruluşuna sahibik" - VİDEO
- "Günlərlə tiktokda üzdəniraqlara baxanlar bu filmi Azərbaycana yaraşdırmırlar?" - FOTO
- "1 şirvan qonorar aldı, öpüb alnına qoydu..." - VİDEO
Milli.Az olay-a istinadən bildirir ki, bu haqda sənətçi "Xəbərin var?" maqazin verilişinin canlı efirinə telefon vasitəsi ilə qoşularkən məlumat verib.
Ələkbərova bildirib ki, o üzündə və bədən nahiyyəsindəki komplekslərindən azad olmaq üçün cərrah masasına uzanaraq plastik əməliyyat keçirəcək:
"Qaş ucu gərmə, buxaq əməliyyatı icra olunacaq. Daha bir əməliyyatda bədənimdə olunacaq. Amma o əməliyyatın nə olduğunu indidən açıqlama vermək istəmirəm. Əməliyyatdan sonra deyəcəyəm. İndi çoxları deyəcək ki, bəxtəvər yenə əməliyyat olunur. Amma buradan mənə bəxtəvərçilik oxuyanlara demək istəyirəm ki, heç kim xoş günündən əməliyyata girmir. Biz xanımlar istəyirik ki, komplekslərimizdən azad olaq".
Qeyd edək ki, Günel Ələkbərova aylar əvvəl 4 saat davam edən bədənşəkilləndirmə və liposaksiya əməliyyatı keçirib. Sənətçinin bədənindən əməliyyat yolu ilə 9 litr piy çıxarılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun