Bir müddətdir maddi sıxıntı yaşayan aktrisa Kim Zolciak ərinin dünyaca məşhur brendlərə məxsus əşyalarını satışa çıxarıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, əri ilə mübahisələri və maddi sıxıntıları ilə gündəmə gələn "Real Housewives of Atlanta"nın keçmiş aktrisası Kim Zolciak ərinin dəbdəbəli ayaqqabılarını, pariklərini və müxtəlif çantalarını İnstaqramda satışa çıxarıb.
"Cəmi bir dəfə istifadə edilib. Əla vəziyyətdə, dediyim kimi, keçmiş Buffalo Bills oyunçusu onu bir dəfə futbol oyununa aparıb" deyə İnstaqramda yazıb.
Qızı Brielle Biermann da anasının satışa çıxardığı məhsulların tanıtımına kömək edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun