“Sevərək ailə qurduq, amma 1 il ərzində…” - FOTOlar

“Sevərək ailə qurduq, amma 1 il ərzində…” - FOTOlar

Müğənni Sevinc Musayeva həyat yoldaşı fotolarını paylaşıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi evlilik ildönümlərini qeyd etdiklərini bildirib:

"10.10. 2024 - bizim ailə həyatımızın tam 1 ili tamam olub. Tam 1 il öncə 10. 10. 2023-də sevərək, sevgi üzərində ailə qurduq. Bu 1 il ərzində özümüz üçün heç nə etmədik. Kimlərə nə yardım, köməklik etdiksə, yıxılanların əllərindən tutub qaldırdıqsa, kimləri müdafiə etdiksə, hamının halal xoşu olsun. Bu 1 il ərzində çətin və xoş günlərimiz oldu. Kim çətin günlərimizdə yanımızda oldusa onları heç vaxt unutmayacayıq və həmişə ürəyimizdə yeri olacaq. Kim yalnız xoş günlərdə yanımızda oldu və çətin anlarda əlimizdən tutmağı bacarmadı, bax onları unudub və heç vaxt həyat yolumuzda bizə mane olmağa icazə verməyəcəyik.

Artıq bu gündən özümüzə söz verdik ki, bu il özümüzlə məşğul olaq, özümüzü dəyərləndirək".

Qeyd edək ki, Sevinc Əli adlı bəylə ailə qurub. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun