"İlahi, mənə səbr ver, qonşuların qabağında biabr olmayım"

"İlahi, mənə səbr ver, qonşuların qabağında biabr olmayım"

"Açığı deyim ki, uşağımla dərs edə bilmirəm. Deyirəm ki, İlahi, mənə səbr ver, qonşuların qabağında biabr olmayım. Çünki uşaqla otururam ev tapşırığı etməyə, sonra deyirəm ki, yox dəhşətdir. Zombi kimi insan əsəbləşir".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" verilişində deyib. O, uşaqların dərs yükünün çox olmasından şikayətlənib:

"Bir maşın sürmək mümkün deyil, baxırsan naşı sürücülər sağdan-soldan çıxır. Bir də uşaqla ev tapşırığı etmək üçün psixoloqa müraciət etmək lazımdır. Onsuz mümkün deyil, niyə uşaqlarda bu qədər dərs yükü var? Son 10 il ərzində məktəblərdən hansı alimlərimiz çıxıb? Uşaqların dərs yükü artdıqca, keçid balları ildən-ilə aşağı düşür. Buna bir əncam çəkiləcək ya yox, bu bir ritorik sualdır. Dərs yükü niyə bu qədər qəlizləşdirilib? Məkətəbə bir dərsdən 3 iş dəftəri aparırlar. Fəhlənin çiyninə 3 kisə sement verirsən, əyilir. Uşaq da çantanı çiyninə qoyanda beli əyilir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun