Fatimə aparıcının Nazilə ilə bağlı sualına əsəbiləşdi

Fatimə aparıcının Nazilə ilə bağlı sualına əsəbiləşdi

Rəqqasə Fatimə Fətəliyeva efirdə gərgin və əsəb dolu anlar yaşayıb.

OLAY yazır ki, buna səbəb sənətçinin qonaq olduğu “Rəngarəng” verilişində aparıcı Zaur Nəbioğlunun sualı olub.

Zaur Fətəliyevaya uzun müddətdir qalmaqal yaşadığı və məhkəməlik olduğu şair və qiraətçi Nazilə Səfərli ilə barışığın olacağı ilə bağlı sual ünvanlayıb.

Bu sualdan üz ifadəsi 180 dərəcə dəyişən Fatimə sözügedən məsələyə cavabı belə olub:

“Mən heç kimlə küsülü deyiləm. Ümumiyyətlə kin saxlayan insan deyiləm. Amma mənim elə bir xasiyyətim var ki, biləndə ki, haradasa özüm səhv buraxmışam hər zaman qarşı tərəfdən üzr istəməyə hazıram. Bu işdə bilirəm ki, səhv deyiləm. Ona görə də vicdanım o qədər rahatdır ki... O da xanımdır, məndə. Hər şeyi zaman həll edəcək. Biz ailəmiz üçün çalışırıq. Əsas odur ki, insan olaraq insanlığımızı və simamızı itirməyək. Sizdən xahiş edirəm bu məsələ haqqında danışmayaq və söhbəti bağlayaq. Belə bir situasiya yarananda insanlarda “Fatimə aqressiv insandır” fikir yaranır. Xahiş edirəm məni bu cür insanlara təqdim etməyin. Məni tanıyan insanlar bilir ki, savaşdan və dalaşdan uzaq duranam. Mən çox mehriban və həssas insanam. Bu cür suallar yarananda və sosial şəbəkələrə yayılanda və oradakı şərhlər yazılanda artıq mənim ailəmdə və övladlarımda travma yaranır. Belə bir şeylər etməyin”.

Qeyd edək ki, Apelyasiya Məhkəməsində qalib gələn Nazilə Səfərli Fatimə Fətəliyevadan üzr istəməsini tələb edib. Nazilənin 50 minlik təzminat davası 500 manata qədər endirilib və qarşı tərəfin bu məbləği ödəməli olacağı ilə bağlı qərar çıxarılıb.