“Mənə olan güvənin üçün çox darıxmışam”

“Mənə olan güvənin üçün çox darıxmışam”

Aparıcı Vüsalə Əlizadə atası ilə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, mərhum valideyni üçün darıxdığını bu sözlərlə dilə gətirib:

"Ən böyük qürurum sənin qızın olmaqdır, ata. İlk sevgim, dostum, sirdaşım... Sənin üçün, öyüdlərin, zarafatların, gülüşlərin və mənə olan güvənin üçün çox darıxmışam. Bir qız atasını çox sevərsə, deməli, o kişi dünyanın ən mərhəmətli, ən gözəl insanıdır! Atalarınızı sevin və bu sevgini onlara göstərməkdən utanmayın, çəkinməyin, sadəcə sevin. Ata duasında olmaq bir başqa xoşbəxtlikdir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun