Faiq Ağayev: "Geyindiyim kostyum ailə qurmağımın qarşısını alan amillərdən olub" - FOTO

Faiq Ağayev: "Geyindiyim kostyum ailə qurmağımın qarşısını alan amillərdən olub" - FOTO

Milli.Az bildirir ki, baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı "Qırmızı adam" layihəsi ilə tanınan Faiq Ağayevdir.

O, təbəssüm, gülüş görməkdən motivasiya aldığını deyərək çəkilişlər zamanı zarafat edəcəyi insanları necə seçməsindən danışıb:

"Mən adətən ağsaqqallara yaxınlaşıram. Aralarında çox şirin insanlar olur. Simalarından onları ayırd edə bilirəm. Söyüş söyən, tamaşaçıda aqressiya yarada biləcək neqativ insanlara yaxınlaşmıram. Bəzi ağsaqqallar mənim məşhur pencəyimi görəndə qaçıb harasa girirlər".

"Qırmızı adam" qeyd edib ki, onu videolarına görə hədələyənlər, məhkəməyə verənlər belə olub.

"Zəng edib hansısa qohumunun olduğu videonu silməyimi istəyirlər. Hörmətlə yanaşıb həmin hissəni sosial şəbəkələrdən silirəm. Amma insanlar da başa düşsünlər ki, "Qırmızı adam" dövrün kiçik bir qəhrəmanıdır. Bir-iki il məni yola versinlər. Üç ildir məni tapıb döyəcəklərini deyirlər. Amma hələ belə bir şey olmayıb", - deyə F.Ağayev söyləyib

Aparıcının "Niyə evlənmirsiniz?" sualına isə "Qırmızı adam"ın cavabı belə olub: "Geyindiyim kostyum ailə qurmağımın qarşısını alan amillərdən biri olub. Ailəm mənim üçün hansısa qızla maraqlananda deyiblər ki, belə bir işlə məşğul olan adamı istəmirik".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun