Aparıcı Mikayıl Güləddinoğlunun verilişinin adından dələduzluq halları qeydə alınıb.
Milli.Az bildirir ki, azxeber.com-un redaksiyasına gələn şikayətlər əsasında məlum olub ki, "Axşamdan-axşama" verilişin adından vətəndaşlara zənglər olunaraq onların hədiyyə qazanması barədə məluatlar verilir.
Şikayətçinin sözlərinə görə ona zəng edən şəxs özünü "MTV" Azərbaycan kanalının əməkdaşı kimi təqdim edib.
O, xanıma Mikayıl Güləddinoğlunun sözügedən verilişinin baş sponsoru tərəfindən hədiyyələrə layiq görüldüyünü bildirib.
Burada əsas məqsəd isə vətəndaşa bir hədiyyə verərək, digər bahalı əşyaları "endirim" adı ilə satmaqdır.
Mövzu ilə bağlı Mikayıl Güləddinoğlu ilə əlaqə saxlamağa çalışdıq. Aparıcının köməkçisi bu dələduzluqdan xəbərdar olduqlarını, təkcə "Axşamdan-axşama" verilişinin yox, bir çox layihələrin adından bu kimi halların qeydə alındığını bildirib. O, vətəndaşları belə dələduzluqlara inanmamağa çağırıb.
Xatırladaq ki, yanvar ayında Mikayıl Güləddinoğlu "MTV" Azərbaycan kanalında yayımlanan "Axşamdan-axşama" "Toya gəlmişik", "Qırmızı çamadan" verilişlərinin yayımını dayandıraraq kanalla yollarını ayırıb.
Aparıcı hazırda "KANAL-S"də çalışır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun