Cennifer Bendən buna görə boşana bilmir

Cennifer Bendən buna görə boşana bilmir

Dünya şöhrətli cütlük Ben Afflek və Cennifer Lopez pul üstündə boşana bilmirlər.

OLAY “Radar Online” nəşrinə istinadən yazır ki, müğənni və aktyorun Beverli Hillsdəki dəbdəbəli malikanəsi satılmayana qədər nikahı rəsmi şəkildə pozmaq mümkün deyil. 

Cütlük mülkü 68 milyon dollara satmağa çalışır. 

Alıcılar isə belə bir təklifi qəbul etməkdən çəkinirlər. 

Afflek və Lopezin tez boşanmamasının başqa bir səbəbi kimin kimə və nə qədər ödəyəcəyi ilə bağlı davamlı mübahisələrdir. 

Xatırladaq ki, Cennifer Lopez avqustun sonunda Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib. 20 il əvvəl nişanlarını kəsən məşhurlar 2021-ci ildə münasibətlərini bərpa edib və 2022-ci ildə evləniblər.