“Mən yalnız deyiləm” – Sevda Ələkbərzadə

“Mən yalnız deyiləm” – Sevda Ələkbərzadə

Əməkdar artist Sevda Ələkbərzadə şəxsi həyatı ilə bağlı açıqlama verib.

OLAY yazır ki, bu barədə o, jurnalist Pərviz Hüseynin “Pərvizə görə” layihəsində danışıb.

Sevda keçmiş həyat yoldaşı ilə bağlı dediyi “Məsafələr bizi ayırdı” açıqlamasından söz açıb:

“Bəzən məsafələr ayırır. Yeni olanda şirin olur. Sonra isə... Mən yalnız deyiləm, Allahım var, çox sevdiyim ailəm var. Bacım-qardaşım, onların övladı var. Mən övlad sevgisinin də nə olduğunu bilirəm. Bəlkə də o uşağın məni sevdiyi qədər öz valideynini sevməyən övlad var. Allaha qurban olum, hər zaman sevgi içində olmuşam. Ailədə sevgi içində böyümüşəm. Anam məni çox sevib, mən də onu. Sonradan “Rast” qrupunda oxudum, orada da hamısı oğlan idi, mən tək qız idim, onlar məni qoruyurdu. Həyatım boyu məni kimsə sevib qoruyub. O insanları mənə göndərən də Allahdır. Səni Allah qoruyursa, başqa kim lazımdır ki? Mən rahatam, xoşbəxtəm, heç bir boşluq yoxdur. Birincisi, yaş da var. Elə məqam olur ki, bəşəriyyət sevgin, böyük ülvi sevgin yaranır, o dediyiniz sevgilər çox cılız görünür. Yəqin ki, gözlərimdən, baxışımdan hər şey bəllidir. Mənim öz qayda-qanunlarım var. Çalışıram ki, Allahın yazdığı qayda-qanunlar da olsun”.