Xəbər verdiyimiz kimi, Əməkdar artist Fərqanə Qasımova şəxsi həyatından danışaraq özünü "Əfsanə qadın" adlandırıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xanəndənin bu fikirləri tənqid edilib.
Onun hazırda həbsxanada olan həyat yoldaşından danışması qınanılıb.
F.Qasımova tənqidlərə cavab verib. O, Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalında bir hekayə paylaşaraq bunları yazıb:
"Haqqımızda bilib-bilmədən rəy yazan "millətim"ə veriləcək ən gözəl cavabı Allah rəhmət eləsin Cəlil Məmmədquluzadə verib. Özü də mollanın dili ilə".
Qeyd edək ki, F.Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşı Elnur Mövlamovdan ayrılıb. Xalq artisti Alim Qasımovun evindən pul və qızıl-zinət əşyalarını oğurladığına görə həbs edilən kürəkəni Elnur 8 il azadlıqdan məhrum edilib.
Onların 4 övladı var.
Milli.Az