“Aparıcılar bədbəxliyim üzərində reytinq qurdular”

“Aparıcılar bədbəxliyim üzərində reytinq qurdular”

”Umduğum insanlar çətin zamanımda (keçmiş gəlini Canana ilə yaşadığı qalmaqalı nəzərdə tutur - red. ) mənə dayaq olmadılar. Bunu isə bir çox aparıcılar məhz verilişlərinin reytinqləri xətrinə etdilər. O reytinq isə bir gün olan şeydir. Siz o qədər zəyifsiniz ki, o bir günlük reytinqlə qalxmaq istəyirsiniz? Başqa bacarığın, qabiliyyətin, istedadın var get o reytinqi et. Mütləq gərək idi mənim bədbəxtliyim üzərində o reytinqini qurardın?”

OLAY yazır ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu “Səhər görüşləri” verilişində deyib. 

Sənətçi keçmiş gəlini Canana ilə yaşadığı qalmaqalını efirə çıxaran kanallardan və aparıcılardan incidiyini bildirib:

“Kanallardan qəlbim sındı. Fikir versəniz görərsiniz ki, indi çox verilişə getmirəm. Çünki çətin günümdə hamısı məni vurdu. Bircə dövlət kanalı etmədi. Bütün özəllər reytinq üçün mənim problemimdən istifadə etdi. Biri mənə dayaq olmadı ki, xalqın sənətkarıdır, sənət yolunda 30 ildir külüng döyüb. Nə vaxt çağırmışıq gəlib, yuxusuz, yorğun olmasına baxmayaraq... Bəzən yuxusuz olmuşam, çağırılmışam deyə özümü fəda etmişəm. Amma çətin günümdə heç kim dayaq olmadı. Kimin evində söz-söhbət olmur? Tanınmışam deyə yayıldı”.

İsgəndərli bildirib ki, onun mərhum atası və ailə üzvləri baş verənlərdən böyük sarsıntı və stress keçiriblər: 

“Özümü düşünmürdüm, doğmalarım bilirsiniz necə əziyyət çəkirdilər? Atam oturub hönkür-hönkür ağlayırdı, dünyasını dəyişdi. Hər elə söhbət olanda qohumlarım əsəb keçirirdilər. Niyə insanları vurur, çətin günündə istifadə edirlər. Leş qarağaları kimi problemin üstünə yığışdılar. Nə böyük problem oldu? İndi utanmaz-utanmaz həmin adamlar məni verilişə çağırır. Necə baxır gözümə? Heç xəcalət çəkirsən? Mətanət danışmır, amma bilir kim kimdir. Bu gün Lamiyənin verilişinə gəlmişəm, çünki o, reytinq üçün bunu etmədi. Başqasının bədbəxtliyi ilə reytinq qazanırsan? Deməli, sən yoxsan, yazıqsan”.