Dilan Polat qalmaqallı görüntülərdən DANIŞDI: "Bir anlıq oldu" - VİDEO

Dilan Polat qalmaqallı görüntülərdən DANIŞDI: "Bir anlıq oldu" - VİDEO

Xəbər verdiyimiz kimi Türkiyəli fenomen Dilan Polat və bacısı Sıla Doğu saxlanılıb.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, buna səbəb onların yayılan öpüşmə videosu olub.

Polat yayılan görüntülər barədə videolu açıqlama yayıb.

O, qalmaqallı görüntülərlə bağlı "Dünən pis gün idi. Bir anlıq sevgi ilə yanağından öpmək istəyərkən baş verdi" sözlərini deyib.

Qeyd edək ki, Dilan Polat və Sıla Doğu nalayiq hərəkət ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılıb daha sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıblar.

Milli.Az