Bloger efirdə üzünü tozsoranla masaj etdirdi

Bloger efirdə üzünü tozsoranla masaj etdirdi

Sosial şəbəkədə məşhurlaşan bloger və masajist Lala Qadıyeva “İncə səhər” verilişində qonaq olub.

OLAY yazır ki, L.Qadıyeva proqramın canlı efirində tozsoran vasitəsi ilə üzünü masaj edib.

Xanım bildirib ki, tozsoranı alanda onu evinin təmizləməsindən çox üzünün masajı üçün istifadə edib:

“Bu tozsoranı alanda dedim ki, üzümü də, bədənimi də onunla masaj edəcəyəm. Amma məqsəd evi təmizləmək üçün idi. Mənim masajistim nəvəmdir. Mənim 59 yaşım var. Amma gördüyünüz kimi üzümün və bədənimin dərisi gəncdir. Müxtəlif kremlərlə bədənimi masaj etdirirəm” 

Üzünü və boğazını tozsoranla masaj edən Lala xanım vurğulayıb ki, kiçik “veneralar” beləcə dağılır və qırışlar hamarlaşır.