“Qızım soruşur ki, ana Şəbnəm kimdir?” - Vəfa

“Qızım soruşur ki, ana Şəbnəm kimdir?” - Vəfa

Müğənni Vəfa Şərifova qalmaqal yaşadığı həmkarı Şəbnəm Tovuzludan söz açıb.

OLAY yazır ki, sənətçi qonaq olduğu “İncə səhər” verilişində deyib ki, qızı Şəbnəmin kimliyindən ona sual verib.

“Qızım haradan nə eşidibsə gəlib evə məndən soruşur ki, ana Şəbnəm kimdir (gülür). Cavab verdim ki, yaxşı xaladır. Mən heç zaman düşmənim belə olsa uşağıma ötürmərəm və bildirmərəm. Qızımın 6 yaşı var və o məktəbə hazırlığa gedir”, - deyə Vəfa bildirib.