"Mənim üçün dramatik obrazları oynamaq su içmək kimidir".
Milli.Az xəbər verir ki, bunu "Qapqara" verilişində Əməkdar artist, aktyor Coşqun Rəhimov deyib.
O, problemi satira ilə çatdıraraq tamaşaçını həm güldürüb, həm də düşündürməyin daha çətin olduğunu vurğulayıb.
Əməkdar artist söyləyib ki, aktyorun işi obrazı hiss edib oynamaq və tamaşaçıya çatdırmaqdır:
(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20241023005') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-6720b236168c5');"Biz tamaşaçını aldadırıq. Ən böyük yalançılar bizik. Amma doğru olan yalanı ifadə etməyə çalışırıq. Oyunçu olaraq yalançı olsaq da, həqiqəti çatdırmalıyıq".
C.Rəhimov ağır xəstəliyə qalib gəldikdən bir neçə ay sonra səhnəyə çıxmasından da danışıb və sənətinin onun üçün hər şeydən vacib olduğunu deyib: "12-13 saat narkozda qalmışdım. Bədənimdə çoxlu yarıqlar var idi. O vəziyyətdə aşağı düşəndə xəstəxanada hamı həyəcan keçirirdi ki, mənə nəsə olacaq. Deyirdim ki, hər şey yaxşıdır, dözə bilmirəm, getməliyəm".
Milli.Az