Yıxılaraq xəstəxanaya yerləşdirilən xalq artistinin səhhəti necədir?

Yıxılaraq xəstəxanaya yerləşdirilən xalq artistinin səhhəti necədir?

"Lənkəranda qastrol səfərində idik. "Qarabağnamə" tamaşasının nümayişindən sonra yer mərmər olduğu üçün ayağım sürüşdü və yıxıldım. Hazırda xəstəxanadayam, müalicə alıram". 

Milli.Az bildirir ki, bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Xalq artisti Rafiq Əzimov deyib. 

Lənkərandan Bakıya gətirilən 85 yaşlı "Şöhrət" ordenli sənətkar səhhətinin əvvəlki günlərdən fərqli olaraq yaxşı olduğunu açıqlayıb: 

"Məni təcili yardım maşını ilə Bakıya Mərkəzi Gömrük Hospitalına gətirdilər. Əməliyyat olundum və 2 gün reanimasiyada yatdım. Hazırda müalicə aldığım hospitalın palatasındayam. Bu gün buradan evə getməliydim, lakin ayağımda ağrılar olduğuna görə əlavə 4 gün qalıb, sonra evə buraxılacam. Səhhətimlə maraqlanan və mənə zəng edən bütün sənət dostlarıma sizin redaksiya vasitəsi ilə təşəkkürümü bildirirəm". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun