Amerikalı reper, "Qremmi" mükafatı laureatı "Lil Durk" (Derk Benks) Floridada Mayami Beynəlxalq Hava Limanı yaxınlığında həbs edilib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Reper həmkarını öldürmək üçün sui-qəsddə ittiham olunur. Məhkəmə materiallarına görə, Derk reper Quando Rondonun başına mükafat qoyub. Beləliklə, "Lil Durk" şərikləri ilə birlikdə 2020-ci ilin noyabrında Atlantada güllələnən reper "King Vonun" qətlinin qisasını almaq istəyirmiş.
(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20241023005') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-672203c06c082');Prokurorlar reperin bu işdə beş nəfərlə əlbir olduğunu bildirib. Onlar Çikaqoda həbs ediliblər və tezliklə Los-Ancelesdə də məhkəmə qarşısına çıxacaqlar.
Milli.Az