“Televiziyada ədəbsiz hərəkət edib, söyüş söyürlər”

“Televiziyada ədəbsiz hərəkət edib, söyüş söyürlər”

Xalq yazıçısı Anar Rzayev bəzi televiziya kanallarını tənqid edib.

OLAY yazır ki, bu barədə o, “Liatris Holding”in rəhbəri  Ruhiyyə Əliyevanın “Qaranlıqda həqiqət” layihəsində danışıb. Anar bildirib ki, əxlaqımızı pozan amillər sırasında bəzi telekanallar var:

“İnternet günü-gündən pozduqca daha da pis olur. Bəzi televiziya kanalları... Mən izləmirəm. Amma bəzən təsadüfən izləyəndə görürəm ki, o qədər söyüş söyürlər, ədəbsiz hərəkətlər edirlər. Ailələri gətirirlər, onların daxili problemlərinin, heç kimin bilməməli olduğu məsələləri camaatın müzakirəsinə çıxarırlar. Bu müzakirələrin də müsbət nəticəsi olmur. İnsanların bir qismi qonşunun evində olanlarla maraqlanır. Bu marağı da bəzi televiziya kanalları qızışdırır”.