“Serial və film həsrətində deyiləm” - Coşqun Rəhimov

“Serial və film həsrətində deyiləm” - Coşqun Rəhimov

“Konsertimizə güclü şəkildə hazırlaşırıq. Məşqlərimiz gedir. Gülmək, düşündürmək – bu bizim işimizdir. Yaşımızın üstünə yaş gəlməsinə baxmayaraq çalışacayıq ki, həmin güc və enerji ilə tamaşaçıların qarşısına çıxaq və bacardığımızdan artığını edək”.

Bu sözləri “Bu şəhərdə” yumoristik estrada teatrının üzvü, Əməkdar artist Coşqun Rəhimov OLAY-a özəl müsahibəsində deyib.

Sənətçi bildirib ki, “Gün dürmək” adlı konsertlərində bir sıra məşhurları parodiya edəcəklər:

“Parodiyalar olacaq.  Tanınmış astroloq və aparıcısı İlham Mirzəyevi və növbəti dəfə Əməkdar artist Elza Seyidcahanı parodiya edəcəyik. Elza maraqlıdır. Elza bizim üçün çörək ağacıdır. Bizim heç kimlə incikliyimiz yoxdur. Elzadırda... Elzadan incimək olar? Xeyr! Aramızda anlaşılmazlıq oldu amma biz bu sənətdə təsadüfi deyilik. Yəni nəyin necə deyiləcəyini biz bilirik”.

“Tahir və Cabir imanov qardaşları ilə münasibətləriniz necədir?” sualına C.Rəhimov belə cavab verib:

“Münasibətimiz əladır. Bir insana əgər “salam” verirsənsə deməli ona da uğurlar arzu edirsən, “əleykum”u alırsansa demək o da sənə uğurlar azulayır. Onlarında işləri uğurlu olsun, bizimdə...”.

Aktyor son zamanlar çəkilən serial və filmlərin yadda qalmadığını söyləyib:

“İndi çəkilən serial və filmlərdə hələ ki, mücadilə və mübarizə gedir. Biz film sektorunda böyük uğur qazanmamışıq. İndi daha çox üstünlük komediya və tragikomediyalara verilir. Digər ölkələrdə də filmlər çəkilir amma çox böyük uğur qazanmır. Yəni sanki onlar birdəfəlikdir. Bir dəfə baxılır vəssalam. Bəlkə də bu həyatın tempi indiki zamanın ritmidir ki, biz nəyin pis nəyin yaxşı olduğunu birazdan biləcəyik”.

C.Rəhimov ona gələn serial və film təkliflərindən də söz açıb:

“Təbii ki, təkliflər gəlir amma... Böyük kimi çıxmasın amma mənim kriteriyalarım və istəklərim böyükdür. Çəkiləcəyim serial və ya filmin ssenarisi, tərəf müqabilim maraqlı olmalıdır. İşin mahiyyəti güclü olmalıdır. Setdə işini bilən insanlar olmalıdır. Verilən qonorar yüksək olmalıdır. Əgər mənə mən istəyən qonorarı versələr niyə də çəkilməyim... Mən bunu gözləmək məqamında deyiləm. Mənim işlərim gedir, sevdiyim sənətin içindəyəm. Səhnədə oynadığım bir obraz bir serialdır. Bir səhnəcik bir serialdır. Mən boş deyiləm və nə serial nə də ki film həsrətində deyiləm”.