İllər sonra ekrana qayıdır - FOTO

İllər sonra ekrana qayıdır - FOTO

Türkiyəli aktrisa Fatma İpek Bilgin uzun müddət sonra yeni layihə ilə ekranlara qayıdır.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, 68 yaşlı aktrisa "Kar çiçekleri" serialında baş rola çəkiləcək. 

O, layihədə "Hicran" obrazını canlandıracaq. 

Qeyd edək ki, Bilgin son olaraq Özcan Deniz və Aslı Enverlə birgə "İstanbullu gelin" (2017 - 2019) serialında rol alıb.

Milli.Az