“Televiziya verilişlərimizin çoxu bayağıdır”

“Televiziya verilişlərimizin çoxu bayağıdır”

“Televiziya verilişlərimizin çoxu bayağıdır, indi dəbdə olan mahnılar kimi…”.

OLAY yazır ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesablarında yazıb. O, bayağı verilişlərdə aparıcıları günahlandırmayıb:

“Bunların səbəbkarı aparıcılardan çox veriliş redaktorları və prodüserləridir. Layihə rəhbərləri və sponsorlardır günahkar. Aparıcılar gələn qonaqlardan daha çox danışırlar, suallar və mövzu heç kəsin marağın cəlb etmir. Bütün kanallarda eynitipli verilişlər (İTV xaric) və eyni qonaqlar. Özünə hörmət edən sənətkarlar artıq efirə çıxmır. Dövlət bu işə diqqət və büdcə ayırmalıdır. Yeni bir qurum yaradılmalıdır: gənc, istedadlı, savadlı insanlar cəlb olunmalıdır, yetişdirilməlidir”.