Hüseyn Həsənovun bank hesabları yenidən bloklandı

Hüseyn Həsənovun bank hesabları yenidən bloklandı

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənovun bank hesabları ölkənin vergi orqanları tərəfindən yenidən bloklanıb.

OLAY “Shot” teleqram kanalına istinadən yazır ki, blogerin “Banda Foods” MMC-yə 800 min rubldan (təxminən 13,7 min manat) çox borcu yaranıb.

“Artplast” ticarət şirkətindən olan keçmiş ortaqların iddiasına görə, məhkəmə “Banda”nın onlara 103 min rubl (təxminən 1760 manat) qaytarmasını tələb edib. 

Həsənovun şirkəti hazırda 835 min rubl (təxminən 14,3 min manatdan çox) məbləğində dörd icra prosesi ilə üzləşib. 

Qeyd edək ki, Hüseyn Həsənovun vergi orqanlarına külli miqdarda borcu olması faktı ötən ayın əvvəlində bəlli olub. Daha sonra o, sosial media hesabında borcun əsas məbləğini verdiyini və tezliklə bütün cərimələri ödəyəcəyini açıqlayıb. Məlumata görə, bloger dövlətə 10 milyon rubldan az (189 min 846 manat) pul ödəyə bilib və 144,8 milyon rubl ( 3 milyon manata yaxın) borcu qalıb.

Məlumata görə, Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin Həsənovun qarşı iddiası üzrə icraata xitam verib. Buna səbəb avqustun 16-da Hüseynin Federal Vergi Xidmətinə olan 145 milyon rubl (təxminən 2,5 milyon manat) məbləğində bütün borclarını ödəməsi olub.