Reanimasiyada olan Asyanın səhhəti ilə bağlı yeni xəbər

Reanimasiyada olan Asyanın səhhəti ilə bağlı yeni xəbər

Bir neçə gün əvvəl qanına infeksiya keçdiyi üçün reanimasiyaya yerləşdirilən bloger Asya Aslanovanın (AsyaFuad) səhhətində irəliləyiş var.

Milli.Az baku.ws-a istinadən xəbər verir ki, bu barədə Asyanın bloger dostlarından biri Fatimə bildirib.

Tanınmış bloger Asya Aslanova reanimasiyaya yerləşdirildi - Vəziyyəti ağırdır

O video paylaşaraq Asyanın artıq yavaş-yavaş sağaldığını və reanimasiyadan çıxarılacağını qeyd edib:

"İki gün əvvəl bu hal yaşandı. Amma artıq Asyanı aparatdan ayırıblar. Vəziyyətçi çox yaxşıdır. Analizlərinin cavabı müsbətə doğru gedir. Artıq heç bir problem gözlənilmir. Onu reanimasiyadan çıxaracaqlar".

Xatırladaq ki, dekabrın 16-da Bloger Asya Aslanova (AsyaFuad) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Blogerin səhhəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o ağıl dişini çəkdirərkən narkozda olub və qanına infeksiya keçib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun