Türkiyəli keçmiş model Dəniz Akkayaya psixiatriya xəstaxanasına yerləşdirildiyi iddia edilib.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, modelin əri Efe Önbilginin tələbi ilə Əsəb-Ruhi Xəstəlikləri Xəstəxanası sövq edildiyi və bütün mülklərinin nəzarət altına götürüldüyü irəli sürülüb.
Mövzu ilə bağlı açıqlama verən model xəbərlərin gerçəklə əlaqəsinin olmadığını bildirib.
Deniz Akkaya açıqlamasında əslində onun həyat yoldaşının narkotik qəbuluna görə tibbi ekspertizaya göndərildiyini, ekspertizanın nəticələrini gözlədiklərini, xəbərlərin tamamilə yalan olduğunu və bu barədə heç bir sənədin paylaşılmadığını bildirib.
(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20241023005') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-672b3e28a89a0');Bir sözlə, psixiatriya xəstəxanasına yerləşdirilməli olan şəxsin onun keçmiş həyat yoldaşı olduğunu qeyd edib.
Qeyd edək ki, Dəniz bir müddət əvvəl 16 yaşlı qızı Ayşəyə qarşı zorakılıqda ittiham olunub. Onun barəsində 4 ay 27 gün həbs cəzası çıxarılıb. Ali Məhkəmə hökmü qüvvədə saxlasa, Akkaya həbs ediləcək.
Fidan
Milli.Az