Rəqsanədən Zaura: "Ana gəzən budağı balası budaq-budaq gəzir" cümləsini sən... - VİDEO

Rəqsanədən Zaura: "Ana gəzən budağı balası budaq-budaq gəzir" cümləsini sən... - VİDEO

Müğənni Rəqsanə İsmayılova sərt açıqlamlar verib.

Milli.Az xəbər verir ki, o, "Həmin Zaur" verilişində aparıcının qızı ilə bağlı bənzətməsinə etirazını bildirib.

Sənətçi Zaur Kamalın "Ana gəzən budağı balası budaq-budaq" gəzir ifadəsinə sərt sözlərlə qarşılıq verib:

"Bizə 10 milyon Azərbaycan xalqı baxır. Efirin də, kanal da ən reytinqli televiziyalarımızdandır. Hər kəsin fikirinə önəm verib, hörmətlə yanaşıram.

"Ana gəzən budağı balası budaq-budaq gəzir" cümləsi düzgün anlaşılmır. Keçən dəfə də bu sözü efirdə dedin. Bu ifadəni başqa yollara yozdunuz. Mənim budaqlarım da cağbacaqdır, gəzdiyim yollar da göz qabağındadır.  Səhvim, əyrim-düzüm də hər zaman xalqın gözünün önündə olub". 

Hüseyn 
Milli.Az