Filipp Kirkorov axtarışa verilib

Filipp Kirkorov axtarışa verilib

Rusiya Xalq Artisti Filipp Kirkorov məhkəmə icraçıları tərəfindən axtarışa verilib.

OLAY yazır ki, buna səbəb müğənninin 30-dan çox ödənilməmiş yol hərəkəti qayda pozuntusu cəriməsinin yığılmasıdır. Bu barədə SHOT-a istinadən “Life” xəbər yayıb.

Məlumata görə, 2023-cü ilin dekabrından etibarən Kirkorov öz “Rolls-Royce” avtomobilində 31 dəfə yol hərəkəti qaydalarını pozub. O, əsasən sürət həddini aşıb, yol nişanlarının tələblərinə əməl etməyib və avtomobili qadağan olunmuş yerlərdə saxlayıb. Bu pozuntulara görə müğənni 24 min rubl borclu qalıb.

SHOT-un məlumatına görə, məhkəmə icraçıları müğənniyə qarşı icra işinə başlayıb və onun avtomobilinə dair qeydiyyat hərəkətlərinə qadağa qoyulub.

Sentyabrda Moskva məhkəməsi Filipp Kirkorovun 92 yaşlı atası Bedros Kirkorovdan vergi borcunu tutub. Lakin borcun miqdarı açıqlanmayıb.

Bundan əvvəl media Filipp Kirkorovun atasına qarşı inzibati iş açıldığını yazmışdı. Daha sonra məlum olub ki, ümumilikdə Kirkorova yol hərəkəti qaydalarının pozulmasına görə 45 cərimə yazılıb. Əsasən sürət həddini 20-40 km/saat aşması səbəbilə 11 dəfə cərimələnib. Ümumilikdə, Kirkorov 34 min 450 rubl məbləğində cərimə ödəməlidir.