Diddy ABŞ-dəki meşə yanğınlarında da ittiham olunur

Diddy ABŞ-dəki meşə yanğınlarında da ittiham olunur

Keçmiş amerikalı məmur Ketrin Ostin Fitts məşhur reper P.Diddy-nin (əsl adı Şon Kombs) ABŞ-də baş verən meşə yanğınlarında iştirakına dair iddialar irəli sürüb.

Milli.Az xəbər verir ki, Radar Online-a istinadən yayılan məlumatda Fitts yanğınların "dəlilləri gizlətmək məqsədilə" törədildiyini düşünür. O, hadisələr zamanı P.Diddy-nin yaxın dostlarının mülklərinin zərər çəkməməsinə diqqət çəkib.

Jay-Z, Beyons, Cenifer Lopez, Eşton Katçer və Leonardo Di Kaprionun Los-Ancelesdəki evlərinin yanğınlardan zərər görmədiyi bildirilib.

Fitts əlavə edib ki, bəzi şəxslərin cinayətlərini gizlətmək üçün "dəhşətli addımlar" atdığına şahid olub və reperin yanğınlarla əlaqəsi olmasına təəccüblənməyəcəyini qeyd edib.

(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20241023005') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-678635b0a7840');

Xatırladaq ki, 2024-cü il sentyabrın 17-də P.Diddy insan alveri, seksual istismar məqsədilə cinayət sövdələşməsi ittihamları ilə həbs edilib. Onun evində çoxlu sayda qeyri-qanuni əşyalar aşkarlanıb.

Fidan
Milli.Az