Ağdamda dağıdılmış evlərin daşlarından belə istifadə olunacaq

Ağdamda dağıdılmış evlərin daşlarından belə istifadə olunacaq

Ağdamda inşa ediləcək İşğal və Zəfər Muzey Kompleksində xüsusi tağvari hasar tikiləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin məsləhətçisi Faiq Hacıyev deyib.

O, tağvari hasarın inşasında Ağdamda dağıdılmış binaların daşlarından istifadə olunacağını bildirib:

"Bunun da, aydın məsələdir ki, mənəvi əhəmiyyəti var. Bu daşlar tarixin yaddaşını yaşadan daşlardır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun