Təcavüzdə günahlandırılan Beyonsun ərinin məhkəmə işi nə ilə bitdi?

Təcavüzdə günahlandırılan Beyonsun ərinin məhkəmə işi nə ilə bitdi?

Dünya şöhrətli reper və iş adamı Cey-Zini zorlamada ittiham edən qadın ona qarşı məhkəmə iddiasından əl çəkib.

OLAY yazır ki, sənətçiyə qarşı səs-küylü və qalmaqallı iş başa çatıb. 

Qeyd edək ki, bir müddət əvvəl bir qız reperin hazırda həbsdə olan həmkarı Pi Diddi ilə (əsl adı  - Şon Kombs) birlikdə 2000-ci ildə, cəmi 13 yaşında olarkən məclisdə ona təcavüz etdiyini iddia edərək məhkəməyə müraciət etmişdi. Beyonsun əri Cey-Zi əvvəldən işin tamamilə uydurma olduğunu iddia etmişdi. 

Məhkəmə bununla razılaşıb: bu gün elan olunub ki, iddia geri götürülüb və iddia edilən zərərçəkmiş yeni iddialar irəli sürmək hüququndan imtina edib.

Cey Zi artıq onun üçün bu xoş xəbəri belə şərh edib:

“Bu gün qələbədir. Qeyri-ciddi, uydurma və dəhşətli ittihamlar rədd edildi. Bu mülki iddia əsassız idi və heç vaxt heç nəyə səbəb olmazdı”.

Sənətçi yaxınlarının bu məsələdən əziyyət çəkdiyini bildirib:

“Bu təcrübəni heç kimə arzulamazdım. “Həyat yoldaşımın, övladlarımın, sevdiklərimin və mənim yaşadığım travma göz ardı edilə bilməz”.