“Bu saatı almaq üçün kreditə girən müğənnilər var”

“Bu saatı almaq üçün kreditə girən müğənnilər var”

Müğənni Təranə Qumralın qolunu bəzəyən 22 min dollarlıq (təxminən 37 min manat) saatı yenidən efirdə müzakirə olunub.

OLAY yazır ki, “Rəngarəng” verilişində Təranəyə bahalı aksessuarı ilə bağlı “Yenə qolunuza başı bəlalı saatınızı taxmısınız” sözləri ünvanlanıb.

Müğənni isə “Saatımı yaman reklam elədiniz. Bəzi insanlar da bu saatdan almaq istədilər. Amma pulları çatmadı. Bəziləri də oldu ki, bu saatı almaq üçün kreditə girdilər. Bu saatın qiymətini hələ mən az demişəm. Araşdırsanız, bilərsiniz ki, daha da bahalıdır. Bu saatın pasportu da var” cavabını verib.

Barmağındakı qara daşlı üzüyü haqqında T.Qumral “Bu üzük də brenddir. Onu almamışam mənə hədiyyə veriblər. O da bahalıdır” sözlərini dilə gətirib.