"Hepsi" qrupunun keçmiş üzvü Yasemin Yürük açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, tanınmış müğənni yumurtalarını dondurduğunu açıqlayıb. O, 12-13 gün ərzində hər axşam özünə iynə vurduğunu və bu müddətdə bədənində bəzi dəyişikliklər baş verdiyini deyib.
"Hepsi" qrupu ilə tanınan Yasemin Yürük yumurtalarını dondurduğunu açıqlayaraq yaşadıqlarını belə ifadə edib: "Bədənimdə ödem yarandı və qarnım böyüdü."
"Cosmopolitanmag" jurnalında yaşadığı prosesi tam açıqlığı ilə bölüşən Yürük bunları yazıb:
"Hər şeyin doğru vaxtı olduğuna inananlardanam. Məhz bu səbəbdən yumurtalarımı dondurmağa qərar verdim. Çünki gələcəkdə bir gün bu seçimə sahib olmaq istəyə bilərdim və işləri təsadüfə buraxmaq mənlik deyildi.
(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20241023005') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-67c189324f7fb');12-13 gün ərzində hər axşam saat 19:00-da özümə iynə vurdum. Ancaq hər kəs üçün istifadə olunmalı olan iynə sayı fərqli ola bilər. Əvvəlcə bir az "Həqiqətən, özümə iynə vuracağam?" deyə düşündüm, amma sonra o qədər asan gəldi ki, sanki hər gün diş fırçalamaq kimi vərdişə çevrildi. Hətta iynə saatında çöldə olanda dərmanlarımı çantamda sərin saxlayacaq şəkildə daşıyıb vaxtı gələndə tətbiq edirdim.
Sinəm şişdi, açıqcası çox da gözəl oldular. Bədənimdə ödem yarandı və qarnım böyüdü. Son həftə güzgüyə baxanda özümü bir az tanımadım. Hətta bu görüntünü bir qədər bəyənmişdim. Hamilə olanda 1.55 boyumla çox şirin görünəcəyəm."
İsmayıl
Milli.Az