"Ürəyim bir yana, böyrəyimi də istəsəydilər verərdim, Bakıya gələrdim" - Özcan Dəniz

"Ürəyim bir yana, böyrəyimi də istəsəydilər verərdim, Bakıya gələrdim" - Özcan Dəniz

"Səhnə çox əcaib yerdi, 40 dərəcə hərarətlə səhnəyə çıxdığım günlər yadımdadır".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu məşhur müğənni, milyonların sevimlisi Özcan Dəniz konsert proqramında söyləyib.

O, səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Səhnə həkimlərin sağaltmadığını sağaldır. Ürək infarktı keçirməmişəm, ürək spazması var. Çox yaxşıyam. Bakıya gəlməyi uzun zamandır gözləyirdik. Ürəyim bir yana, böyrəyimi də istəsəydilər verərdim, bura gələrdim, yenə bu mahnıları oxuyardım", - tanınmış müğənni əlavə edib.

Konsert boyunca ən sevilən köhnə və yeni hit mahnıları səsləndirən müğənninin konserti anşlaqla keçib.

(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20241023005') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-67c2daaa8d283');

Müğənnini izləmək üçün 4000-ə yaxın tamaşaçı bir araya gəlib. Sevənləri bütün ifaları müğənni ilə birlikdə əzbərə söyləyiblər.

Milli.Az