Vəzifəyə təyin edilən klarnet ifaçısı tənqidlərə cavab verdi

Vəzifəyə təyin edilən klarnet ifaçısı tənqidlərə cavab verdi

09:02

Universitetində (ADU) bədii rəhbər vəzifəsinə təyin edilən klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu tənqidlərə cavab verib.

Klarnet ifaçısı "Teleqraf"a açıqlamasında bu sözləri deyib:

"Universitetin tələbələrlə iş və tədbirlərin təşkili üzrə şöbəsinə bədii rəhbər vəzifəsinə təyin edilmişəm.

Niyə buna görə məni tənqid edirlər? Səbəb nədir? Mən Azərbaycan Milli Konservatoriyasının magistr pilləsini də bitirmişəm.

Yaxın günlərdə isə Türkiyədə doktorantura təhsili almaq üçün sənədlərimi təqdim edəcəyəm.

ADU-nu bitirən şəxs xarici dillər üzrə mütəxəssis olur. O, musiqi sahəsindən dərs deyə bilməz.

Bunun üçün İncəsənət Universitetini və ya Asəf Zeynallı adına Musiqi Kollecini bitirmək lazımdır.

Universitetdə işim bədii və musiqi tədbirlərinin təşkilidir".

--------------
2025.03.10

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğluna Azərbaycan Dillər Universitetində vəzifə verilib.

Milli.Az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin rektoru, professor Kamal Abdullanın müvafiq əmri ilə o universitetin bədii rəhbəri təyin olunub. 

Milli.Azz