“Atama telefonu verirlər ki, Fuadla şəklimizi çəkin”

“Atama telefonu verirlər ki, Fuadla şəklimizi çəkin”

Aktyor Fuad İsgəndərov açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, bu haqda Fuad “Bakı gündəliyi” verilişinə müsahibəsində deyib.

Proqramın aparıcısı Tural Əsədovun “Fuad, sən Keşlədə böyümüsən. Uşaqlığın burada keçib. İndi də burada yaşayırsan. Burada sənə əvvəl atan Əməkdar artist Rafael İsgəndərova görə hörmət edirdilər. Deyirdilər ki, Rafaelin oğlu gəldi. İndi isə özün bacarıq və istedadınla hansısa naliyyət əldə etmisən.  Burada sənə olan münasibət indi dəyişilib?” sualına F.İsgəndərovun cavabı belə olub:

“Sağolsunlar Keşlə camaatın münasibəti mənə qarşı yaxşıdır.  Əvvəllər siz deyən söhbət var idi. Amma indi qapıdan kimsə keçəndə telefonu atama verirlər ki, Fuadla bizim şəklimizi çəkin. Atam isə baxıb deyir ki, buna bax, mən burada belə əziyyət çəkmişəm indi bununla gəlib şəkil çəkdirirlər. Belə vəziyyətlər olur”.